Bu hadisə dünən baş verməyib, 15 ildir belədir – Nazir kənd məktəblərindəki problemdən danışdı

Bu hadisə dünən baş verməyib, 15 ildir belədir – Nazir kənd məktəblərindəki problemdən danışdı

01.03.2022 Off By Füzuli İsmayılov

Biz başa düşməliyik ki, 15-20 il əvvəl təhsildə buraxdığımız səhvlərin nəticələri acı olur.

Hakimiyyet.info.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi birifinqdə xüsusən kənd məktəblərində dərs saatın az olması və müəllimlərin az maaş alması ilə bağlı sualı cavablandırarkən deyib

Onun sözlərinə görə, hansısa kənd məktəbində 24 saatlıq fizika dərsi var, həmin məktəbdə isə 6 fizika müəllimi var. Bu zaman əlbətdəki həmin müəllimlərin əməkhaqqıları aşağı olacaq.

“Bu faktdır, bu hadisə dünən baş verməyib, bu 15 ildir belədir. 24 saatlıq fizika dərsi olan məktəbdə 5-6 fizika müəllimi varsa, həmin fizika müəllimlərinin maaşı həmişə aşağı olacaq. Kimsə o vaxt həmin müəllimləri işə götürüb, biz indi bu prosesi tənzimləyirik”, – deyə o əlavə edib.

Share