Evlənmək məqsədi ilə qızqaçırma cinayətdir

Evlənmək məqsədi ilə qızqaçırma cinayətdir

01.03.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilmişdir ki, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılmışdır.
Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar.
Hazırda iş üzrə istintaq davam edir.

Share