Rus ordusunun generalı Suxovetski döyüşlərdə həlak olub
03.03.2022Ötən gün martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb. Hakimiyyet.info.az xəbər verir ki, məlumatı generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun bildirdiyinə görə, Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək. Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.











