Pentaqon Rusiya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xətti yaradır

Pentaqon Rusiya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xətti yaradır

04.03.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) bildirilib ki, müxtəlif münaqişə və insidentlərin qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xətti yaradılır.

Bu barədə ABŞ hərbi departamentinin yüksək rütbəli nümayəndəsinə istinadən “Reuters” agentliyi xəbər yayıb.

“Martın 1-də Müdafiə Nazirliyi səhv hesablamaların, hərbi insidentlərin və gərginliyin artmasının qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə münaqişələrin həlli üçün xətt yaradır”, – deyə Pentaqonun nümayəndəsi bildirib.

Share