Moskva birjasında dolların məzənnəsi tarixi maksimumu yeniləyib
10.03.2022Moskva birjasında ABŞ dollarının məzənnəsi saat 11:20-də 121,53 rubla çatıb. Bu, yeni tarixi maksimumdur. Əvvəlki rekord ötən gün, martın 9-da qeydə alınıb.
Hakimiyyet.info.az xəbər verir ki, Moskva birjasında avronun məzənnəsi hələlik sabitdir və 127 rubl təşkil edir, lakin bir gün əvvəl sözügedən valyuta da rekordu yeniləyib.
Dünən Mərkəzi Bank dollar və avronun rəsmi məzənnələrini 10 rubldan çox yüksəldib. Rusiya Bankı martın 10-na avronun rəsmi məzənnəsini 126,4 rubl, dolları 116 rubl səviyyəsində müəyyən edib.











