Ərdoğan Co Baydenlə Ukraynadakı vəziyyəti müzakirə edib

Ərdoğan Co Baydenlə Ukraynadakı vəziyyəti müzakirə edib

11.03.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı regional hadisələr, o cümlədən Rusiya-Ukrayna hadisələri, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Ərdoğan Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.

Share