Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü

Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü

14.03.2022 Off By Füzuli İsmayılov
Füzuli Rayon Xəstəxanasından Hakimiyyet.info.az-a bildiriblər ki, xəsarət alan hər üç şəxs Bakıya təxliyə olunub.

Qəzada kəllə-beyin travması alan Şuşa rayon yol polisinin rəisi İlqar Hümbətov Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb. Xəsarət alan digər iki nəfər isə şirkət əməkdaşlarıdır. Onlardan biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna digəri isə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Share