Zaur Yusifov öldürülüb
15.03.2022Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.
Hakimiyyet.info.az xəbər verir ki,”Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən bir saat əvvəl baş verib. Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib.
Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.











