Azad edilmiş ərazilərdə artezian quyuları istifadəyə verildi – Fermerlər Prezident İlham Əliyevə təşəkkür edirlər

16.03.2022 Off By Füzuli İsmayılov

İşğaldan azad edilmiş ərazilərdə subartezian quyuları qazılır. Bu gün Ağdamın azad edilmiş ərazilərində bir neçə yeni artezian quyusu istifadəyə verilib. Bu quyuların əksəriyyəti vəhşi ermənilər tərəfindən dağıdılıb, məhv edilib. Torpaqlarımız azad ediləndən sonra isə artezian quyularında təmir bərpa işləri aparılıb.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu quyuların istifadə edilməsi prosesini yaxından izləyib. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Trend-ə bildirib ki, ilin sonuna kimi daha 178 ədəd suabrtezian quyusunun təmir edilməsi planlaşdırılır. İndiyə qədər isə 12 subartezian quyusu təmir olunaraq istifadəyə verilib. Bu quyular 40 hektara yaxın ərazini suvarma suyu ilə təmin edəcək:

“Ağdamın işğaldan azad olunmuş ərazilərində 327 ədəd subartezan quyusu, 2 böyük su anbarı, 327 kilometr suvarma kanalları və eyni zamanda 267 hidrottexniki qurğu və s. avadanlıqlar var. Bunlar hamısı tezliklə bərpa ediləcək. Ağdam ərazisində olan iki anbar istifadəyə veriləndən sonra 11700 hektar ərazinin suvarılmasını təmin edəcək. Hazırda inventarizasiya işləri həyata keçirilən hər iki su anbarında yaxın zamanlarda təmir-bərpa işlərinin aparılması planlaşdırılır:

H. Əzimzadə bildirib ki, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan Xaçınçay su anbarı, Ağdamkənd su anbarları vardır ki, Xaçınçay su anbarı 23 milyon kub metr su həcmi var və bununla 8 min hektar sahənin suvarılması baş tutacaq. Eyni zamanda Ağdamkənd su anbarının 1.7 milyon kub metr su həcmi vardır ki, 3700 hektar sahənin asuvarılmasına xidmət edəcək.

Azad edilmiş torpaqlarda əkin aparan fermerlər də yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər. Fermer Fazil Məmmədhüseynzadə torpaqların su ilə təmin edilməsinə görə ölkə rəhbərliyinə dərin təşəkürünü bildirib. O, qeyd edib ki, bu il məhsuldarlıq bol olacaq. Azad edilən ərazilərdə əkin aparan fermer Xanoğlan Əliyev də fermerlərə göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, su təminatının yaxşılaşdırılmasına görə razılığını dilə gətirib.

Trend TV-nin Ağdamdan hazırladğı videoreportajı təqdim edirik.

Azad edilmiş ərazilərdə artezian quyuları istifadəyə verildi - Fermerlər Prezident İlham Əliyevə təşəkkür edirlər (Trend TV-nin reportajı)

Share