Çində son bir ildə ilk dəfə koronavirusdan ölüm faktları qeydə alınıb

Çində son bir ildə ilk dəfə koronavirusdan ölüm faktları qeydə alınıb

19.03.2022 Off By Füzuli İsmayılov

Çində son bir il ərzində ilk dəfə koronavirusdan ölüm faktları qeydə alınıb.

Bu barədə Çimin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Son sutka ərzində 2 nəfər vəfat edib. Sonuncu dəfə ölkədə koronavirusdan ölüm faktı 2021-ci ilin yanvarında qeydə alınmışdı.

Ötən gün ölkə ərazisində 4 051 yeni yoluxma faktı qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə 19 faiz çoxdur./Trend

Share