Azərbaycanın tanınmış inşaatçı-mühəndisi dünyasını dəyişib
27.03.2022Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycanın tanınmış inşaatçı-mühəndisi Şakir Həsənov 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Şakir Həsənov 1947-ci ildə Masallının Boradigah kəndində anadan olub. İxtisasca inşaatçı olan Ş.Həsənov fəaliyyətini elə bu sahədə də davam etdirib. O, ölkə ərazisində bir sıra dövlət əhəmiyyətli obyektlərin tikinti işlərinə rəhbərlik edib.
1990-1995-ci illərdə isə Sumqayıt şəhər Sovetinin deputatı olub.











