Minaya düşən traktora maddi ziyan dəysə də, xəsarət alan olmayıb

Minaya düşən traktora maddi ziyan dəysə də, xəsarət alan olmayıb

28.03.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən “HAKİMİYYƏT” qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Share