“CODA: Kar valideynlərin övladı” “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb

“CODA: Kar valideynlərin övladı” “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb

28.03.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, rejissor Şan Heyderin çəkdiyi “CODA: Kar valideynlərin övladı” “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.

Bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.

Komediya-dram janrında çəkilən film ailənin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Məktəb xorunun rəhbəri qızı çətin seçim qarşısında qoyaraq onu musiqi məktəbinə getməyə razı salır.

Filmdəki rolların əksəriyyətini kar-lal aktyorlar canlandırıb. Onlardan biri – baş qəhrəmanın atası rolunu oynayan Troy Kotsur bundan əvvəl “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında heykəlcik alıb. Rejissor Şan Heyder də eyni filmə görə “Ən yaxşı adaptasiya edilmiş ssenari” mükafatını qazanıb. “CODA: Kar valideynlərin övladı” fransız filmi “Beliye ailəsi” filminin (La famille Blier, 2014) remeykidir./Azərtac

Share