Cəlilabadda qətl: Mehdi Həsənov qardaşı arvadını bıçaqla öldürüb

Cəlilabadda qətl: Mehdi Həsənov qardaşı arvadını bıçaqla öldürüb

01.04.2022 Off By Füzuli İsmayılov

Cəlilabad rayon prokurorluğundan Hakimiyyet.info.az -a daxil olan məlumatda bildirilir ki, martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin ərinin qardaşı 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Share