Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından xaric edildi
02.04.2022Hakimiyyet.info.az xəbər verir ki, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.











