Alman kəşfiyyatı Buça qətliamının sübutlarını ələ keçirdi: Rus əsgərlərin danışdıqları…

Alman kəşfiyyatı Buça qətliamının sübutlarını ələ keçirdi: Rus əsgərlərin danışdıqları…

09.04.2022 Off By Füzuli İsmayılov

Alman kəşfiyyat agentliyi BND Buçada əsgərlərin mülki insanları necə öldürdüyünə dair səs yazılarını əldə edib. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki. Rusiyanın israrla təkzib etdiyi qətliamın səs yazıları müharibə cinayətlərinin ilk dəlilləri arasında olsa da, BND bu qırğında Vaqner Qrupunun əsas rol oynadığını bildirir.

Kəşfiyyatın əldə etdiyi səs yazıları Rusiyanın “uydurma görüntü” iddialarını təkzib etmək üçün Almaniya parlamentinə göndərilib. Kasetlər həmçinin Vaqner Qrupunun qətliamda “əsas rol” oynadığını və oxşar qırğınların ölkənin başqa yerlərində də baş verdiyini göstərir.

Almaniyanın “Der Spiegel” jurnalında çıxan xəbərdə rus əsgərlərinin çıxışlarının Buçada çəkilmiş fotoşəkillərlə üst-üstə düşdüyü qeyd edilib. Qan donduran dialoqlarda əsgərlər dinc insanları necə öldürdüklərini öz aralarında danışırlar. Səsyazmaların birində əsgərlərdən birinin“Əvvəlcə mülki şəxsləri sorğu-sual edin, sonra atəş edin” dediyi eşidilir. İkinci yazıda başqa bir əsgər velosipeddə mülki vətəndaşı necə vurduğunu təsvir edir.

Səs yazıları qırğının nəzarətdən çıxan əsgərlər tərəfindən fərdi qaydada deyil, sistemli şəkildə həyata keçirildiyini ortaya qoyur. BND mülki şəxslərin hədəfə alınmasını Rusiyanın hərbi strategiyasının bir hissəsi hesab edir. Alman kəşfiyyat ekspertləri izah ediblər ki, mülki vətəndaşların öldürülməsi çox güman ki, mərkəzi sifarişlə törədilib.

Ortaya çıxan dəlillər həm Almaniyada, həm də bütün dünyada mediasında geniş işıqlandırılıb. Almaniya hökumətinin iki keçmiş naziri Putin də daxil olmaqla Rusiya rəsmilərinə qarşı hərbi cinayətlərin araşdırılmasına çağırıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti indiyədək 410 mülki şəxsin meyitinin tapıldığını, faktiki rəqəmin bundan qat-qat çox olduğunu öldürülən insanlarin üzərində ağir işgəncə izlərinin olduğunu bildirib. Rusiya isə ittihamları qəbul etmir. 

Billurə Yunus

Share