Bakıda NATO-nun təlim kursu keçirilib

Bakıda NATO-nun təlim kursu keçirilib

10.04.2022 Off By Füzuli İsmayılov
Hakimiyyet.info.az xəbər verir ki, Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “Hərbi ictimai əlaqələr” mövzusunda təlim kursu keçirilib.
Kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.
Share