Conson Zelenskiyə Ukrayna üçün yeni yardım paketini təqdim edib

Conson Zelenskiyə Ukrayna üçün yeni yardım paketini təqdim edib

10.04.2022 Off By Füzuli İsmayılov

Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfəri zamanı yeni maliyyə və hərbi yardım paketini təqdim edib.

Hakimiyyet.info.az xəbər verir ki, B.Conson bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün mən Ukrayna xalqının sarsılmaz dəstəyinin əlaməti olaraq Kiyevdə dostum prezident Zelenski ilə görüşdüm. Biz yeni maliyyə və hərbi yardım paketini təqdim edirik”, – deyə Böyük Britaniyanın baş naziri bildirib.

Xatırladaq ki, daha əvvəl B.Consonun Kiyevə səfərə gəldiyi bildirilmişdi.

Share