Bloger Hüseynlə şəhər sakinlərinin görüşündə zor tətbiq edən şəxs tutuldu
18.04.2022Hakimiyyet.info.az xəbər verir ki, Bakıda ticarət mərkəzində bloger Hüseyn Həsənovun şəhər sakinlərilə görüşü əks olunan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması əks olunur. “Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir”, – məlumatda qeyd olunub.











