Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəliblər

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəliblər

20.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

“Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər”,- deyə bəyanatda qeyd olunub

Share