“Qalatasaray” klubunda planlaşdırılan prezident seçkiləri ləğv edilib

“Qalatasaray” klubunda planlaşdırılan prezident seçkiləri ləğv edilib

20.04.2022 Off By Füzuli İsmayılov

Türkiyənin tanınmış futbol klublarından olan “Qalatasaray”da aprelin 30-da keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ləğv edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə məhkəmə qərar verib.

Məhkəmənin qərarına əsasən, “Qalatasaray” klubunun hazırkı prezidenti Burak Elmas seçkilərin baş tutması üçün istefa verməlidir.

Əgər istefa qərarı verilərsə, seçkilərin iyunda keçirilməsi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” klubunun üzvü Fırat Develioğlu klub daxilində edilən qanun pozuntuları səbəbi ilə məhkəməyə müraciət edib.

“HAKİMİYYƏT” qəzeti

Share