Səfa Mirzəyev Siyavuş Novruzovun adının Toponomiya Komissiyasına daxil edilməməsinə aydınlıq gətirib
30.03.2020“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.
- Qasımlı bildirib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: “Onların bəziləri hazırda da burada oturub. Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir”.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruizov bildirib ki, toponimiya məsələləri Regional məsələlər komitəsi tərəfindən təqdim olunacaq: “Ancaq bizim adımız orada yoxdur”.
Millət vəkili Siyavuş Novruzovun iradına cavab verən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib ki, Toponomiya Komissiyasında mütəxəssislərin rəyi əsas götürülür: “Son söz isə Milli Məclisin komitələri və Milli Məclisdə deyilir”.









