Daha bir qadın öldürüldü
21.04.2022Hakimiyyet.info.az xəbər verir ki, Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 20-də saat 15 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.











