Rusiya MN: Ukraynanın 26 hərbi obyekti məhv edilib
22.04.2022 Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumatında bildirilir ki, Rusiyanın raket və artilleriya qoşunları Ukraynanın 26 hərbi obyektini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. Məhv edilən obyektlər arasında 2 komanda məntəqəsi və 21 hərbi texnikanın cəmləşmə məntəqəsi var.
Konaşenkov əlavə edib ki, gün ərzində Ukrayna ordusunun raket anbarı, 27 ədəd zirehli texnikası və hərbi nəqliyyat vasitəsi də vurulub.











