Anna Sokolova: Dünya Kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır

Anna Sokolova: Dünya Kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır

23.04.2022 Off By Füzuli İsmayılov

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır. Bunu Trend-ə yarışların iştirakçısı, Kipri təmsil edən gimnast Anna Sokolova deyib.

“Əvvəlcə bir az həyəcanlı idim, amma hər iki növü [halqa və topla hərəkətlər] kiçik səhvlərə baxmayaraq, yaxşı keçirdim. Ümumiyyətlə, mən razı qaldım. Kubokun ikinci günündə gürzlər və lentlə hərəkətlərdə yarışırıq, ona görə də indi mən bu məşqlərə köklənəcəyəm”, – deyə gimnast bildirib.

Onun sözlərinə görə, startdan əvvəl o, Bakıda iki məşq keçirib. “Çərşənbə günü axşam Bakıya gəldik, ertəsi gün yerində iki məşq etdik – biri məşq zalında, ikincisi isə podiumda. Hər şey əla keçdi. Bakıdakı gimnastika arenasının zalı gözəldir, şərait qeyri-realdır, çoxlu məşq xalçaları var və tamaşaçılar həvəslə dəstəkləyir, bütün bunlar uğura təkan verir”, – deyə gimnast əlavə edib.

Anna Sokolova bədii gimnastika qaydalarına edilən dəyişikliklərə müsbət yanaşdığını da vurğulayıb.

“HAKİMİYYƏT” qəzeti

Share