Metroda qatarda problem yarandı, interval 12 dəqiqəyə çatdı

Metroda qatarda problem yarandı, interval 12 dəqiqəyə çatdı

23.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakıda metroda qatarda problem yaranıb. Bu barədə Trend-ə Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hadisə metronun “28 may” stansiyasında baş verib. “Stansiyada qatarda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb və təlimata uyğun olaraq stansiyaya əlavə qatar verilib.

Nasazlıq yaranan qatar “Həzi Aslanov” -” Dərnəgül xətti üzrə hərəkət edib. Hadisə nəticəsində stansiyada qatarlar arasında 12 dəqiqə interval yaranıb. Hazırda problem həll edilib və qatarların hərəkəti bərpa olunub”,-B. Məmmədov deyib

Share