Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb
30.03.2020Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.
AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərək qəbul olunub.









