Vətən yolunda, Millət yolunda canından keçən Şəhidimiz Nadir Abbasquliyev

Vətən yolunda, Millət yolunda canından keçən Şəhidimiz Nadir Abbasquliyev

29.04.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün minlərlə qəhraman Şəhidlər kimi adını qanlı hərflərlə Vətən Müharibəsi Qəhramanı kimi tarixə yazan cəsur döyüşçülərdən biri də Gəncə şəhər sakini Şəhid Nadir Abbasquliyevdir.

Şəhid Nadir Abbasquliyev 1995-ci ildə dekabrın 6 da Gəncə şəhərində anadan olub. O, 2001-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Orta təhsilini 2012-ci ildə Gəncə şəhəri N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə başa vurmuşdur. 2007-ci ildə idmanın boks növü ilə məşğul olmuş, şəhərdaxili yarışlarda iştirak edərək yüksək nəticəlr əldə etməyə nail olub. Vətən qarşısında borcunu yerinə yetirmək üşün 2014-ci ildə hərbi xidmətə çağırılmış və Müdafiyə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra. PARK-KOMPLEKSİNDƏ mühafizə xidmətində çalışır. Nadirin tərcümeyi- halı bu qədər sadə bə qısadı, amma Vətən uğrunda xidməti ən böyük zirvədə dayanır. Yəni Şəhidlik zirvəsi! İkinci Vətən müharibəsi başlayan andan könüllü olaraq döyüşlərə qatılır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün 44 günlük Vətən müharibəsinin ilk günündən silaha sarılaraq bütün cəbhə boyu cəsarətlə vuruşmuşdur. Vətən torpağını geyib əyninə, çoxdan ölümsüzlüyə qovuşan əbədi yaşar oğul! Bu gün əsirlikdən azad olunan Qarabağ xoşbəxt Anadır, övladlarından yarıyan qürurlu və müqəddəs Ana. Keçirdiyiniz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Bəzən unudulub gedir. Elə günlər var ki, onlar ümumiyyətlə unudulmur, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. Allah yolunda, Vətən yolunda, Millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu millətləri zəfərdən zəfərə aparan səbəb də Vətənə xidmət etmək və Vətən yolunda şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın ünvanı olub, kimliyini, mənliyini qoruyan insanlardır. Şəhidlər bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır Adını əbədiyyətə qovuşduran qəhramanlardan bir də, haqqında danışdığımz Şəhid Nadir Abbasquliyevdir.

Nadir Abbasquliyev Azərbaycan Respublikasının Mədəniyyət beşiyi olan Müqəddəs Şuşa Şəhərinin azadlığı uğurunda gedən döyüşlərdə 7 noyabr tarixində xüsusi igidlik göstərərək qəhramancasına Şəhidlik zirvəsinə ucaltmışdır! Şuşa işğaldan azad edilərkən ağır artilleriyadan istifadə olunmadan, əsasən əlbayaxa döyüşlər aparılmışdır. Bu qələbənin əldə olunmasında Şəhid Nadir Abbasquliyevin misilsiz xidmətləri olmuşdur. Vətənə şərəflə xidmətinə görə şəhid Nadir Abbasquliyev Ali Baş komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” “Cəsur döyüşçü” “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhları qarşısında baş əyirik!

Hamlet Abbasov

Hacıqabul rayon R.Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share