Azərbaycanın tanınmış tarixçi alimi Əkrəm Rəhim oğlu Bije bu gecə dünyasını dəyişib
29.04.2022Cənubi Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatın, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri S.C.Pişəvəri şəxsiyyətinin, onun elmi-bədii yaradıcılığının və siyasi fəaliyyətinin ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhim oğlu Bije bu gecə dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün, 29 aprel 2022-ci il tarixində, saat 12-13 arasında yaşadığı ünvandan götürüləcək, “Heydər” məscidində müvafiq dini mərasimlər tamamlandıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki qəbirstanlıqda torpağa tapşırılacaqdır.
Allah rəhmət eləsin.











