Paşinyan koronavirusdan daha təhlükəlidir – erməni mediası
30.03.2020Ermənistanın Baş naziri Nikol Paşinyan üçün internet xüsusi əhəmiyyət kəsb edir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Facebook onun əsas təbliğat vasitəsidir.
O, tez-tez sosial şəbəkəyə qoşularaq hökumətin qərarını əsaslandırmağa çalışır və bununla da problemlərdən yaxa qurtarmaq istəyir.
Sosial şəbəkələr hakimiyyət üçün çox vacibdir.
Çoxsaylı mətbuat xəbərlərinə görə, Paşinyan hökuməti tənqid edənlərə cavab vermək və insanların sevgisini qazanmaq üçün saxta hesablardan istifadə edir. Bu, onun iş proqramına daxil edilib.
Paşinyanın “Facebook”dakı asılılığını komanda yoldaşları yaxşı başa düşürlər. Bu, ona öz planlarını həyata keçirmək üçün bir rıçaqdır.
Hökumətdə olan qaynaqlar deyirlər ki, Paşinyanın bir neçə yüz saxta hesabları müxtəlif qərarları qəbul etmək üçün yaradılıb.
Bütün bunların təhlükəli bir şey olduğunu düşünə bilərsiniz, amma reallıq budur ki, Paşinyanın sosial şəbəkələrdən asılılığı dövlət üçün ciddi problem yarada bilər.
O, komanda yoldaşlarının yüz yanlış hesablarından gələn informasiyalarla qərar verə bilirsə, Azərbaycandan gələn feyk məlumatların qaşısında görəsən hansı addımı atacaq?
Bu, həqiqətən narahatlıq yaradan səbəbdir.
Aydındır ki, belə liderin olması koronavirusdan çox təhlükəlidir, çünki o, yüz saxta hesabla fikirləri dəyişə bilir.
Babək Göyüş
KONKRET.az










