AZAL-ın uçuş heyəti videoçarx hazırlayıb
30.03.2020“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) pilotları və təyyarə bələdçiləri ölkə vətəndaşlarının evdə qalmaları ilə bağlı sosial videoçarx hazırlayıb.
QSC-dən bildirilib ki, AZAL ölkəmizin hər bir vətəndaşına müraciət edərək karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.
Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığı qorumaqdan ibarətdir.









