Rusiya ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə verilən silahlarını vurdu

Rusiya ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə verilən silahlarını vurdu

08.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri “İsgəndər”lə ABŞ və Avropa İttifaqından Ukrayna Silahlı Qüvvələrinə verilən silahları və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini atəşə tutub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.”, – Konaşenkov

Share