Skip to the content
Bıçaqla həyat yoldaşını öldürdü
09.05.2022
By
Füzuli İsmayılov
Hakimiyyet.info.az xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ. Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. T. Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.