Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib

Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib

09.05.2022 Off By Füzuli İsmayılov

Biz bilirik ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə imkan verən proses illər, düzünü desək isə onilliklər çəkə bilər.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. Fransa lideri Aİ-yə üzvlük standartlarının aşağı salınması halında Ukraynanın İttifaqa daha tez üzv ola biləcəyini də əlavə edib. O, Strasburqda Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı təşkil etdiyi konfransın bağlanış mərasimində çıxışı zamanı bunları söyləyib./Apa

Share