MÜKAFATA LAYİQ ƏSƏR

MÜKAFATA LAYİQ ƏSƏR

09.05.2022 Off By Füzuli İsmayılov

Vahid Əzizin yenicə çap olunmuş “Param-parça illər” əsəri ədəbi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. “Param-parça illər” kitabına müəllifin birinci və ikinci Qarabağ savaşına hesr etdiyi şeirləri və “ Heyrət səcdəsi” adlı poeması daxil edilmişdir.

Tarixin göz yaşlarını poetik dillə qələmə alan şair bu möhtəşəm əsərini 30 illik ölüm-qalım vuruşunun qələbə gününə ünvanlamışdir.

Zəfər millətimim altun tacıymış,

Özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə aciymiş hamı.

Azərbaycan oxucusunu hələ 70-ci illərdən öz cazibə dairəsinə salan Böyük şairimiz Vahid Əziz həmişə olduğu kimi bu dəfə də oxucularını heyrətləndirə bilmişdi. Milli varlığımızın oyanması və təşəkkülü V.Əziz yaradıcılığının ana xəttini təşkil edir. Yaradıcılığında hər zaman milli birliyin və vətədaş həmrəyliyinin bünövrəsini qoyan şair şəxsiyyət məsələsini ön planda vermişdir. Məhz diqqəti çəkən bu möhtəşəm əsər deyilənlərin sübutu kimi keçmişin acılı və şirinli xatirələrini vərəqləyir. Azərbaycanın bir hissəsi olan qədim Qarabağın 30 illık işğalı və yaşadığımız tarixin ağır sosial – psixoloji durumu Vahid Əzizi qan yaddaşımıza çəkib aparır. Bəşəri harmoniyanı pozan qanlı müharibələr heç kəsin yaddaşından silinmədiyi kimi poeziyanın yaddaşından da silinmir. Poetik cəbhəyə atılan şairlərdən fətqli olataq V. Əziz Torpaq və Vətən anlayşlarını şüarçılıqla deyil, müqəddəslık və cahanşümulluqla qanı və canı qədər sevərək qələmə almışdır. Əsərdəki poetik duyum oxucunu müharibənin əsl lştirakçısına çevirir və vətənini göz bəbəyi kimi qorumağa səsləyir. Bax, qələmın və şair ilhamının əsl gücü bundadır. Şair fəlakətlərin fəlsəfəsini açır, insanların mənəvi dünyasına səyahət edir. Onları müharibənin əsas predmeti saysa da cahangirlik ideyasının fərqli tərəflərini açıb göstərir. Bəşəriyyətin yarandığı gündən bütün müharibələrin Torpaq və Nəfs üstündə olduğunu – siyasi güclərən öz mənafeyinə uyğun mənfəət güddüyü anlamını açıqlayır. Belədə Xalq və Rəhbər birliyini ön plana çəkərək bütün müharibələrin qalib Sərkərdəsini əsas qəhrəman kimi təsvir edir. Bunu qalib olduğumuz Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı və üçüncü minilliyin yeni taktika ve strategiyasının müəllifi olan İlham Əliyevin timsalında şerin diliylə əyani sübut edir.

Bu gün Sərkərdəni duydum səsində,

Çeşmə kövrəkliyi, vulkan kürlüyü,

Böyük Qələbənin bünövrəsində,

Dövlət başçısıyla-millət birliyi!

İlahi sevgi və özünə inam əlimizdən tutub düşmənlərimizə göz dağı çəkdirir. V. Əziz bəşəriyyəti “daha kəskin ulu qüvvət”olan Mədəniyyətin xilas edəcəyini bir daha bəyan eləyir. Son anda Ana dediyimiz Vətənin poetik komandanlıq və Birlik konsepsiyasını yazıb əlindəki qələmini süngüyə çevirir. Oxucu özünü bir anlığa savaşın içərisində hiss edir.

İkimiz Vətənlə ana-balayıq,

Cavabsız qoymadım məhəbbətini,

O, mənə bəxş etdi bütün cahanı,

Mən ona Analıq səadətini!

Didərginliyin, yurdsuzluğun, ev-eşiksizliyin doğurduğu böhran barədə çox deyilib, çox yazılıb. Son onilliklər ərzində isə məğlubiyyətlərin yekunu yazdıqlarımızin siyasi və məntiqi yekununun məna yükünü heçə endirib. Lakin indiyə qədər məncə heç kəs Qalib Sərkərdəni gözləri ilə görə-görə Vətənin Xalq gücü sayılan o xoşbətliyini əyani olaraq öz yaradıcılığında daha parlaq, dama mükəmməl və profesionallıqla əks etdirməyib.

Yağmur olan nəfəsimiz dönüb buluda,

Cəsur olan tarixlərə özünü yazdı!

İnanıram-xəbər çatıb Dədə Qorquda,

Koroğlu da, Dəlilər də sıramızdadı!

Bax, V. Əzizin və “Param-parça illər” əsərinin gücü də məhz bundadır. Çünki həmişə düşünmək və fikirləşmək hüququndan məhrum oldğumuzu dərk edə -edə bizi yeni əsrin və yeni eranın ksrbohidrogen fəlakətindən Ağıl və Mədəniyyət silahının qurtaracağına inanmalıyıq.

Daha görünməkdə Bayrağın yeri,

Yanında Xilaskar əsgər heykəli,

Bircə addım olmaz, çəkilmək geri,

Yalnız irəliyə, yalnız irəli!

O, bu gün də gənclik həvəsi ilə yazıb yaradır. Onun ictimai fikrin formalaşmasına təsiri və şəxsiyyət kimi aksiomalığı oxucu auditoriyasına yeni ruh, yeni stimul verir. Bu günə qədər V.Əzizə heç bir Dövlət mükafatı verilməməsnə təəssüf edirəm. Düzdür, möhtərəm Prezidentimiz sərəncamla ona Xalq Şairi fəxri adını verdi. Sağ olsun! Amma ömrünün bu ahıl və müdrük çağında “Param-parça illər” kitabına görə Böyük şairimiz V. Əzizə Dövlətin ilk mükafatı nübaranlıq olardı. Ömrümüz bir əsim yel kimidi. Ömür bəzən çox şeylərə vəfa etmir. Hər halda Dövlətimiz və Prezidentimiz xalqımızın sevimlisi və zəmanəmizin Vahid Əzizini bu seçimdə də sındırmayacaq. Onu və çoxsaylı poeziya sevərləri tezliklə sevindirəcək!

Əmir Pəhləvan

publisist-dramatuq

Share