Azərbaycanda qanunsuz miqrantların sayı çox aşağıdır
11.05.2022Azərbaycanda müvəqqəti saxlama mərkəzlərində saxlanılan qanunsuz miqrantların sayı çox aşağıdır. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
Hakimiyyet.info.az xəbər verir ki, Vüsal Hüseynov bildirib ki, Azərbaycanda 142 min miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz yaşayır.
“Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir. Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az qanunsuz miqrant var”,- deyə xidmət rəisi deyib.
O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu dövlətlər və cənub-şərqi Asiyadandır.











