Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edib

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edib

11.05.2022 Off By Füzuli İsmayılov

Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib. Qeyd olunur ki, mayın 30-dək reyslər həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günlər həyata keçiriləcək.

“Çərşənbə və bazar günləri bu reyslər Mineralnıe Vodı hava limanında eniş etməklə həyata keçiriləcək”, – hava limanından bildiriblər.

Cədvələ əsasən, təyyarə Bakıda saat 03:20-də eniş edəcək, saat 03:50-də isə yola düşəcək.

Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə reysi təxirə salıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Mənbənin məlumatına görə, təyyarə Bakıda mayın 11-də saat 03:20-də eniş etməli idi. “Daşıyıcı Rusiya aviaşirkəti olduğu üçün reysin təxirə salınmasının səbəbi məlum deyil”, – hava limanından bildiriblər.

Qeyd edək ki, “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları mayın 9-dan bərpa etmişdi./Trend

Share