Qəbələnin Zarağan kənd əhvalatı

Qəbələnin Zarağan kənd əhvalatı

11.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, 23 oktyabr 2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Share