Ötən il 145 minə yaxın şəxs əllilliyə görə pensiya alıb

Ötən il 145 minə yaxın şəxs əllilliyə görə pensiya alıb

11.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ötən il ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd edilib.Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ilin 1 yanvar tarixinə olan 302,24 manatdan 2022-ci ilin 1 yanvar tarixinə ilkin hesablamalara görə 331 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 331,4 manatdan 358 manata, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 260,9 manatdan 290,8 manata və ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 263 manatdan 290,2 manata yüksəlmişdir. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 9 faiz, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği isə 8 faiz artıb.

Share