Rusiya Rövşən Əsgərovu axtarışa verib

Rusiya Rövşən Əsgərovu axtarışa verib

11.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov axtarışa verilib.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış bazasındayayılan məlumata əsasən 04.05.1972-ci il doğumlu Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.Onun axtarışa verildiyi maddə açıqlanmayıb.

Qeyd edək ki, ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, – məlumatda qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

Share