Yaponiyada koronavirusa 35 mindən çox yeni yoluxma halı qeydə alınıb

Yaponiyada koronavirusa 35 mindən çox yeni yoluxma halı qeydə alınıb

16.05.2022 Off By Füzuli İsmayılov

Mayın 15-də Yaponiyada koronavirusa 35008 yeni yoluxma halı qeydə alınıb, 25 nəfər həyatını itirib. Bu barədə NHK telekanalı ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli bələdiyyələrə istinadla məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, bazar günü EKMO süni qan dövranı aparatına qoşulanların sayı 139 nəfər təşkil edib. Bu, şənbə gününün göstəricisindən 14 nəfər azdır.

Share