İstismarı başa çatmış döyüş sursatlarının utilizasiyası davam etdirilir

16.05.2022 Off By Füzuli İsmayılov

Müdafiə Nazirliyindən Hakimiyyet.info.az-a bildirilib ki, Azbərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Share