Gələn il keçirilməli olan atletika üzrə dünya çempionatı təxirə salınıb

30.03.2020 Off By admin

Atletika üzrə dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Atletika Federasiyası verib.

2021-ci il avqustun 6-15-də keçirilməli olan mundial bir il sonra baş tutacaq. ABŞ-ın Yudjin şəhərində 2022-ci ildə təşkil olunacaq yarışın tarixi federasiya ilə Təşkilat Komitəsi arasında müzakirələrdən sonra dəqiqləşəcək.

Təxirə salınmaya səbəb Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Koronavirus pandemiyası üzündən 2020-ci ildən təxirə salınan yarış 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Qeyd edək ki, atletika üzrə bir sıra yarışların, o cümlədən Avropa çempionatının da tarixinin dəyişdiriləcəyi planlaşdırılır.

Share