Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

18.05.2022 Off By Füzuli İsmayılov

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilib ki, vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 2, əlaqə telefonları: (+994 22) 305-82-50, (+994 50) 514-14-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Share