Baş Prokurorluğun müstəntiq və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir

Baş Prokurorluğun müstəntiq və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir

18.05.2022 Off By Füzuli İsmayılov

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş vermişdir.
Hakimiyyet.info.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bildirilir ki, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.
Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölmüşdür.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Share