BMT İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb

BMT İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb

19.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı fikir ayrılıqlarını həll etmək üçün Türkiyə ilə işləyir və Ankaranın bu kontekstdə qaldırdığı təhlükəsizlik problemlərinin həllinin zəruri olduğu ilə razılaşırlar. Bu bəyanatla Finlandiya və İsveç liderləri Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşündən sonra keçirilən brifinqdə çıxış ediblər.

Finlandiya prezidenti Sauli Niinistö qeyd edib ki, Helsinki Türkiyə ilə yaxşı ikitərəfli münasibətləri ilə fəxr edir.

“Biz razıyıq ki, Türkiyənin bir NATO üzvü kimi təhlükəsizlik məsələləri həll olunmalıdır. Biz terrorla mübarizəyə ciddi yanaşır və terrorçuluöun bütün formalarını pisləyirik”, – S. Niinistö vurğulayıb.

O, əlavə edib ki, Finlandiya tərəfi artıq Türkiyə ilə dialoq aparır və bu danışıqlar yaxın günlərdə də davam etdiriləcək.

İsveçin baş naziri Maqdalena Andersson, öz növbəsində, Stokholmun mövcud problemlərin həlli üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzv dövlətləri ilə müxtəlif səviyyələrdə dialoq apardığını bildirib.Məqalədə:

Share