Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb
23.05.2022Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.











