Ermənistanla delimitasiya üzrə komissiyaya Şahin Mustafayev rəhbərlik edəcək
23.05.2022 Off By Füzuli İsmayılovHakimiyyet.info.az xəbər verir ki, Ermənistanla delimitasiya üzrə komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri təyin olunub.











