Azərbaycanın bank sektorunun aktivləri artıb
24.05.2022Hakimiyyet.info.az xəbər verir ki, 2022-ci il mayın 1-ə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 40,149 milyard. manat, cəmi öhdəlikləri 35,159 milyard manat, balans kapitalı 4,99 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında məlumat verir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 22,42 faiz, 25,28 faiz və 5,66 faiz artıb
Aprel ayında Azərbaycan banklarının kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artaraq 17,84 milyard manat təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81,4 faizi və ya 28,613.7 mln. manat. Bankların depozit portfeli ötən ilin apreli ilə müqayisədə 33,95 faiz artıb.











