Marşrut avtobusda keçmiş məhkum 4 sərnişini qarət edib

Marşrut avtobusda keçmiş məhkum 4 sərnişini qarət edib

24.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakıda keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.

Share